!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda məmur yol qəzasında öldü

!Reklam – Yazi

Bu gün səhərə yaxın Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən 90-cı km-də iki nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Cəlilabad rayon sakini Məmməd Vəkil oğlu Məmmədovun idarə etdiyi 15 BP 933 dövlət nömrə nişanlı “Hunday Tukson” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü və sərnişin hadisə yerində dünyasını dəyişib.

“Hundai-Tucson”un sürücüsü, 47 yaşlı Məmməd Məmmədov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi İdarəsində ümumi şöbənin müdiri işləyirmiş.

Xatırladaq ki, qəzada onun sərnişini də dünyasını dəyişib. Avtomobildəkilərin Salyana balıq ovuna getdikləri deyilir./Virtualaz/

www.yenicag.az

3769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv