!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda məmurların sayı azaldılmalıdır” – Deputat

!Reklam – Yazi

zahid“Bununla bağlı ölkə başçısı tərəfindən xüsusi qərarın verilməsi o anlama gəlir ki, Azərbaycan hazırki dövrün çağırışlarını qiymətləndirmək və dövlətin vəzifələrini müəyyənləşdirmək baxımından çox mühüm proqramlar üzərində çalışır”.

Bu sözləri Yenicag.Az-a millət vəkili Zahid Oruc strateji yol xəritəsi ilə bağlı fikir bildirərkən söyləyib.

Millət vəkilinin sözlərinə görə, strateji yol xəritəsi əslində, bir tərəfdən görüləcək işlərin əsas planlarını icra edirsə, digər tərəfdən anti-böhran tədbirlərini də qarşıya qoyur:

“Həmçinin qeyri-neft iqtisadiyyatının formalaşması üçün 2015-ci ildən başlayan mənfi tendensiyaları dayandırmağı və təcili tədbirlərin alınmasını özündə əks etdirir. Həmin sənədlə tanış olduqda görürük ki, dövlət üçün qarşıdakı zamanın ən mühüm planları sosial müdafiə tədbirləridir, iş yerlərinin açılmasıdır, xam mal iqtisadiyyatını sənaye dövlətinə çevirməkdir. Bu, çox önəmli bir məsələdir. Parlament üzvləri olaraq, büdcə müzakirələri zamanı müxtəlif problemlərə münasibətlərimizi bildirməyə çalışırıq. Biz orada dedik ki, yaxşı, tutaq ki, bəzən nefti hazır xammal kimi dünya bazarına çıxarmaqdan başqa alternativimiz olmur. Çünki bunu digər yanacaq növlərinə çevirməklə dünyaya satmaq bahalı layihələrdir. Doğurdan da bundan ötəri yüz milyardlarla dollar lazımdır ki, yalnız onu mazut, benzin, keratin və s. şəkildə tərkib elementlərinə ayırıb satasan. Həqiqətən də bu, çox bahalı layihədir, ancaq qızıl məhsulu üzrə, daha doğrusu metal qrupu üzrə Azərbaycan qarşıdakı ildə 134 milyon dollarlıq ixrac edəcəkdir. Bunun 100 milyona yaxını qızılın payına düşür. O nəticəyə gəlirik ki, hazır külçələr emal olunmadan xarici bazara çıxır, sonra oradan hansısa əntiq və ziynət əşyasına çevrilərək ölkəyə qayıdır. Vətəndaş da bunu baha qiymətə almaq məcburiyyətində qalır, dövlət də bundan ziyan çəkir. Bu xammal ixracıdır, amma bunun sənaye məhsulu kimi ölkədə imkanlar var”.

Həmin proqramın əsas 5 müddəası var:

“Ağır sənaye və yüngül sənayenin qurulması”.

Həm Sumqayıtda, həm də Ələtdə iki mühüm böyük layihə həyata keçirilib və artıq üçüncünün də əsası Mingəçevirdə qoyulub. Düşünürəm ki, həmin planda ən mühüm məsələlərdən biri budur. İkincisi, sosial müdafiə tədbirlərini gücləndirməkdir. Bu, qlobal vəzifədir, doğrudan da çox iddialı, ambisiyalı bir proqramdır. Ancaq bu layihəyə sosial məsələlərdən başlayaraq getmək lazımdır.

Üçüncüsü, mütləq islahatlardan aparılmalıdır. Dövlət orqanları sistemində çalışanlar mütləq əhalinin sayına uyğunlaşdırılmalıdır. Vətəndaşların sahibkarlıq fəaliyyəti üçün, – hansı ki onlara daha çox insusional qurumlar nəzarət edirdi, – onların sayı azalmalıdır. Bu, çox mühüm məsələlərdən biridir. Həmçinin də bölgələrin inkişafı ilə bağlı orada mühüm müddəalar var”.

Bu gün neft sektorunda əmək qabiliyyətli əhalinin bir faizi çalışır:

“Əmək qabiliyyətli əhalimizin 99 %-i cəmi 10 %-lik büdcə yaradır. Bu müsbəti biz dəyişməliyik. Kənd təsərrüfatı sferasına uyğun 1 manatlıq invenstisiya 5 manatlıq dəyər yaradır. Baxmayaraq ki, Azərbaycan qlobal iddialarla çıxış etmir, biz elə etməliyik ki, ölkənin iqtisadi təyinatını düzgün tapmaq lazımdır. Bunun üçün neft resurslarından düzgün istifadə etməliyik ki, bu ölkədə müxtəlif digər proqramlar hərəkətə gəlsin. İkincisi, kənd təsərrüfatı sferasını uğurla ayağa qaldırmağı bacarmalıyıq. Bu yöndə proqramın müddəaları var və cənab Prezidentin xüsusi rəhbərliyi altında icra olunacaq. Orada da bu müddəalar yer alıbdır. Həmçinin Ramiz Mehdiyev başda olmaqla bu proqramın qarşıdakı 3 ayda daha da yönləndirici sahələr üzrə istiqamətləndirilməsi və hər birinə zaman müddətlərinin qoyulması ilə bağlı tapşırıqlar var. İqtisadi, sosial sferadakı problemləri, o cümlədən maliyyə bank sahələrində indi yaşanan gərginliyi, yüz minlərlə vətəndaşın banklarla aralarındakı məhkəmə çəkişmələrini və devalivasiya nəticələrini aradan qaldırmaq üçün çox yaxşı bir proqram tərtib olunub. Ən əlamətdar cəhət də odur ki, burada beynəlxalq neft ekspertləri, mütəxəssisləri iştirak ediblər. Deməli, Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatının tərkib hissəsidir və bu yöndə də bu proqramın faydası olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv