Azərbaycanda “Mercedes” piyadanı vurub öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 2-də saat 19 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində rayon sakini N.Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.