Azərbaycanda məşhur fotojurnalist vəfat edib

Azərbaycan fotojurnalistika sənətində dəsti xətti olan Fərid Xayrulin dünyasını dəyişib.
 
Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, F.Xayrulin bu gün vəfat edib.
Qeyd edək ki, tatarəsilli Fərid Xayrulin 1956-cı ildə Bakı şəhərində anadan olub.
Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdir: Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə-AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.
2010-cu ildə prezidentin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.
Allah rəhmət eləsin!