Azərbaycanda məşhur otel satışa çıxarıldı

otelAzərbaycanın məşhur otellərindən biri satışa çıxarılıb.

Yenicag.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yerləşən və həm də müalicə mərkəzi kimi fəaliyyət göstərən Duzdağ Hotel hərrac yolu ilə satılacaq.

Otel hərraca fevralın 1-də NMR-in Auksion Mərkəzində çıxarılacaq. Obyektin hərracda start qiyməti 17 milyon manat müəyyənləşib.

 

Yenicag.Az