Azərbaycanda məşhur serialın çəkilişi dayandırıldı – Koronavirus təhlükəsi? – Rejissordan AÇIQLAMA

Türkiyədə yeni növ koronavirusun yayılması səbəbindən bir çox məşhur serialların çəkilişi dayandırılıb.

Azərbaycanda necə, məşhur serialların çəkilişinə fasilə veriləcəkmi?

Tanınmış rejissor Rüfət Şahbazov
Yenicag.az-a açıqlamasında bəzi serialların çəkilişinin martın 15-dən
dayandırıldığını bildirib:

“Biz “Ata Ocağı” və “İmtahan” seriallarının çəkilişini martın 26-na qədər dayandırmışıq. Ancaq bunu Novruz bayramına görə etmişik, koronavirusa görə yox. Türkiyədə serialların dayanma səbəbi fərqlidir, onların cəkiliş meydançalarında 150-dən çox insan çalışır. Bizdə çəkilişlərdə 20 nəfərdən çox adam olmur. Bizə belə bir tapşırıq da verilməyib ki, çəkilişləri virusa görə saxlayaq. Ancaq çəkiliş vaxtı komanda şirkət tərəfindən spirt, maska və s. gigiyenik vasitələrlə təmin edilib”.

Cəvahir