!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda məşhur xəstəxana ləğv olunduğunu elan etdi - FOTO

!Reklam – Yazi

Bakıda “Kaspar” kimi tanınan məşhur xəstəxananı idarə edən “Dənizçilər Poliklinikası” MMC ləğv olunduğunu elan edib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinini törəmə müəssisəsi olan “Dənizçilər Poliklinikası” MMC-yə qarşı tələbləri olan kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, nizamnamə kapitalı 1 milyon 22 min 399 manat olan MMC 23 iyun 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Fəxrəddin Qiyas oğludur.

AXDG-nin mətbuat xidmətindən Turan-a bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə “Dənizçilər Poliklinikası” MMC-nin əmlakı Dövlət Gömrük Komitəsinin balansına verilib. Maraqlıdır ki, hökümətin bu qərarı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının qanununa zidd olaraq, hələ də mətbuatda dərc edilməyib.//

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv