Meymun çiçəyi virusunun yeni variantı bir çox ölkədə sürətlə yayılmağa davam edir. Belə ki, sözügedən virusa 14 min yoluxma və 524 ölüm halı qeydə alınıb. ÜST virusun qarşısının alınması üçün təcili olaraq beynəlxalq müdaxilənin lazım olduğunu bəyan edib. Bəs bu xəstəliklə bağlı ölkəmizdə hər hansı yoluxma faktı qeydə alınıbmı?
Yenicag.az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə rəsmi sorğu ilə müraciət edib.
Sorğumuza cavab olaraq bildirilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə meymun çiçəyi virusuna yoluxma halı ilə bağlı müraciət qeydə alınmayıb.
İsmayıl Bakuvi