Azərbaycanda minik avtomobilinin istehsalı artdı

Yanvar-noyabr aylarında ölkədə 1992 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 350 ədəd çox minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 399 milyon manatlıq məhsul istehsal edilib.

2020-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 faiz artıb, maşın və avadanlıqların istehsalı 11,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,2 faiz azalıb.