Azərbaycanda minimum əməkhaqqı bağlı YENİLİK: Maaşlar bu məbləği keçəcək

“Burada həm Maliyyə, həm İqtisadiyyat, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən müəyyən hesablamalar aparılmalı və bundan sonra hər hansı qərar qəbul edilə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz olunması haqda danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Bu istiqamətdə həm qanunvericik, həm də maliyyə, iqtisadi əsəlandırma sahəsində dəyişikliklərə gedilməsi zəruri olacaq:

“Minumim aylıq əməkhaqqının saatlıq minimum əmək haqqı əvəz olunması məsələsi çoxdan müzakirə edilirdi. Hazırda da bununla bağlı müzakirələr gedir. Lakin burada müəyyən məsələlər var. Bu, dərhal bir qərarla həyata keçiriləsi məsələ deyil. Burada həm Maliyyə, həm İqtisadiyyat, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən müəyyən hesablamalar aparılmalı və bundan sonra hər hansı qərar qəbul edilə bilər. Məsələn, hər hansı 8 saatlıq çalışan işçinin 1 saat işləməsinə görə 3 manat olarsa, gün ərzində 24 manat, ay ərzində isə artıq 500 manatı keçəcək. İndiki halda aylıq minimum əmək haqqı 345 azn-dir.

Eyni zamanda, elə məsələlər var ki, onlar aylıq minimum əməkhqqına bağlıdır.Lakin onun saatlığa keçməsi qanunvericilikdə bir çox qanunun dəyişməsinə gətirib çıxaracaq. Bu istiqamətdə həm qanunvericilik, həm də maliyyə, iqtisadi əsəlandırma sahəsində dəyişikliklərə gedilməsi zəruri olacaq. Avropa ölkələrində, həmçinin ABŞ-da ixtisaszız işçinin 1 saatı üçün minimum ödəniş həddi müəyyən olunur”.

İsmayıl Bakuvi

COP29