Azərbaycanda müəllim işləyən FETÖ-çu saxlanıldı

Keşan rayonunda jandarma antiterror əməliyyatı həyata keçirib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində Yunanıstana qaçmağa hazırlaşan FETÖ terror təşkilatının 3 üzvü saxlanılıb. Əməliyyat çərçivəsində “ByLock” istifadəçisi 40 yaşlı M.E.G., daha əvvəl də terror təşkilatı ilə əlaqələrinə görə İstanbul 23 saylı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxan 44 yaşlı E.D, həmçinin Azərbaycanda Təhsil Nazirliyinə aid bir qurumda fizika müəllimi olaraq çalışan, daha sonra isə işindən azad olunan 41 yaşlı Z.K. saxlanılıb.

Şəxsi axtarış zamanı şübhəlilərin üzərində və çantalarında 5 telefon, 5 sim kart, 5 şəxsiyyət vəsiqəsi, 1 ABŞ pasportu, 1 notbuk, 1 USB, 2 CD, 4055 dollar, 8595 avro, 2 bank kartı aşkarlanıb.

Faktla bağlı araşdırma davam edir.

COP29