Azərbaycanda müəllimlərin attestasiyası ləğv edilir

Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiyası keçirilməyən işçilərin sırasına daxil edilir.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni əlavənin edilməsi nəzərdə tutulur.

Məcəlləyə əsasən, hazırda vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), yaşı 18-dən az olan işçilər, bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər, Azərbaycana praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, attestasiyadan keçirilmirlər.

COP29