!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda müğənni yol qəzasında öldü - FOTO

!Reklam – Yazi

Qax rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

2160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv