Müğənni Sevda Sanaliyeva tanımadığı şəxsin onu izlədiyini iddia edib.
Yenicag.az xəbər verir ki, o şəxsin görüntülərini sosial media hesabında paylaşıb.
Müğənni: “Qapımdan psixoloji peoblemi olan, məni qaralayıb beyninə salan bir ruh xəstəsi əl çəkmir”, – deyə bildirib.
Müğənni bildirib ki, həmin şəxs uzun müddətdir onu narahat edir, evinə gəlir, yolunu kəsir. O, bununla bağlı dəfələrlə polisə şikaət etdiyini deyib.