Azərbaycanda müşahidəçi seçkidən sonra məntəqədə öldü

Azərbaycanda müşahidəçi seçkidən sonra məntəqədə vəfat edib.

Yenicag.az-ın verdiyi xəbərə görə, hadisə bu gün saat 19:45 radələrində Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən məntəqə baş verib. Müşahidəçi, 1954-cü il təvəllüdlü Gəncə sakini, Hacıyev Sübhan İsrafil oğlu ürəktutmadan məntəqədə vəfat edib./Qafqazinfo/