Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanda nağdsız ödənişlər təşviq edilir

2019-cu il yanvarın 1-dən ticarət və ictimai iaşə sektorunda çalışan hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin həcminə mütənasib olaraq vergi güzəştləri tətbiq edilir və bu tipli stimullaşdırıcı tədbirlərin 3 il davam edəcəyi nəzərdə tutulur.

Bu barədə Yenicag.az-a Azərbaycan Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə görə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilmiş verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.

Nisbətən iri məbləğdə gəliri olan ticarət mərkəzlərində, iaşə sferasında bu güzəşt daha çox hiss olunur. Onu da qeyd edək ki, güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

İqtisadçı ekspert Altay Cəfərov qanunvericiliklə ticarət və ictimai iaşə sektorlarında fəaliyyət göstərən sahibkarlara vergi güzəştlərinin verilməsinin əhəmiyyətini vurğulayıb: “Burada əsas məqsəd “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, nağd əməliyyatların azaldılmasıdır. Faktiki olaraq ödənişlər POS-terminallar vasitəsilə nağdsız formada həyata keçirildikdə həmin dövriyyələr rəsmiləşir. Dövriyyənin rəsmiləşdirilməsi isə mal dövriyyəsinin real həcmini görməyə imkan verir”.

Bu cür rəsmiləşmələrin həm idxal mallarına, həm yerli istehsala, həm də digər satıcılardan alınan mallara aid olduğunu vurğulayan ekspert bütün əməliyyatların rəsmiləşdirilməsinin nağd dövriyyənin azalmasına, nağdsız əməliyyatların artmasına gətirib çıxardığını deyib: “Bu, toplanmış vergilərin həcminin artmasına səbəb olur. Ticarət və iaşə xidməti göstərən sahibkarlara 25 faizlik vergi güzəşti verilməsinə baxmayaraq, dövriyyələrin artması ilə əlaqədar vergi tutulan məbləğlər də artır. Bu isə büdcə daxilolmalarına müsbət təsir göstərir”.

A.Cəfərov qeyd edib ki, POS-terminallarla ödənişlərin həyata keçirilməsi istehlakçılar üçün də faydalıdır. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir: “Bu, fiziki şəxslərə nağdsız əməliyyatlara daha çox üstünlük verməyə imkan yaradır. Onlar alış-veriş edərkən çekləri tələb etməlidirlər. İstehlakçılar həmin çeklər əsasında ödədikləri ƏDV-nin müəyyən hissəsini geri alacaqlar”.

www.yenicag.az

1707
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM