Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!
Həmin şəxslərdən 6 min 497-si kişi, 196-sı qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilmiş 59 əcnəbidən 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumən 212,42 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.