!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda narkomanlar bu şərtlərlə həbsdən azad olunacaq

!Reklam – Yazi

Azərbaycanda narkomaniya xəstəliyinə görə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi qaydaları açıqlanıb.

Yenicag.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Cinayət-Prosessual Məcəlləyə yeni LİV-I Fəslin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatın xüsusiyyətləri) əlavə edilməsi müzakirə olunub.

Fəsildə göstərilən maddələrə əsasən Cinayət Məcəlləsinin 234.1 maddəsində (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş və bu xəstəliklə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu məcəllənin yeni əlavə edilən Fəslində nəzərdə tutulan maddələrlə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla aparılır.

Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat ibtidai istintaq şəklində aparılır. Qeyd olunan icraatın aparılmasında icraatı aparan şəxs, müdafiəçi və qanuni nümayəndə iştirak edir. Fəsildə bununla bağlı digər hallar müvafiq müddəalar üzrə açıqlanır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. (APA)

www.yenicag.az

2460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv