Azərbaycanın İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev ictimai nəqliyyatdan istifadə edir.
Yenicag.az xəbər verir ki, o, həftənin iki günü metrodan istifadəyə üstünlük verir.
Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli sərəncamı ilə bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Azərbaycanda çox az sayda məmur ictimai nəqliyyat vasitəsində istifadə edir./Oxu.az/