Azərbaycanda neçə nəfər peyvənd olunub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85 632 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 117, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 515 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 335 305, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 830 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 504 655 təşkil edir.