!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda nehrə yağı adı ilə satılanlar saxtadır - RƏSMİ

!Reklam – Yazi

Təəssüflə qeyd edirəm ki, Azərbaycanın müxtəlif regionlarında nehrə yağı adı altında satılan yağlar saxtadır.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Agentlik sədrinin sözlərinə görə, transyağların nehrə yağı adı altında satılması cinayət faktıdır: “Cənub bölgəsində 6 süd məhsulu istehsalı müəssisəsindən götürülmüş nehrə yağı adı altında istehsal olunan həmin məhsulların ekspertiza nəticəsi məlum olub. Onların tərkibində insan orqanizminə zərərli olan yağ nümunələri aşkarlanıb. Təəssüflə qeyd edib ki, tərkibində transyağ aşkarlanan 12 adda yağın 80 faizindən çoxu ölkəyə idxal olunub”.

Q.Təhməzli əlavə edib ki, yağların tərkibində transyağların miqdarı 2 faizdən çox olduqda onun idxalı qadağan olunacaq.

www.yenicag.az

6251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv