Azərbaycanda nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit verilidi

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində “V-VVV” MMC-yə nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit ayırıb.

Yenicag.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir”, – deyə nazir qeyd edib.