Azərbaycanda nərə balığının qeyri-qanuni satışı həyata keçirilir – VİDEO

Azərbaycanda nərə balığı ehtiyatlarının artırılması ilə bağlı işlər görülsə də, ölkənin bir çox bazarlarında nərə balığının açıq satışı həyata keçirilir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Xudat bazarında da açıq şəkildə nərə bazarı satılır.

“Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Şabran limanını dəniz ilə birləşdirən mənsəbyanı sahədə hər iki tərəfə 1 km, dənizin içərisinə doğru 2 km-lik ərazidə yanvarın 1-dən avqustun 15-nə kimi balıq ovu qadağandır. Məsələ ondadır ki, həmin ərazilərdə qadağalara məhəl qoyan yoxdur. Əslində, qadağalara nəzarət edən var, pulunu alıb balıqçıları dənizə buraxırlar.

Qeyri-qanuni ovlanmış balıqlar isə bazarlarda satılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nərəcinsli balıqların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə operativ reyd keçirməsi barədə çoxlu sayda xəbərlər oxusaq da, balıqçılara məhz qurumdakı yüksək vəzifəli şəxslərin havadarlıq etdiyi deyilir.

Bazarda işləyib adının açıqlanmasını istəməyən şəxs bildirir ki, hər gün bazara Xəzərdən nərə balıqları gətirilir və açıq şəkildə satılır.

Məlumata görə, qeyri-qanuni ovlanan balıqlar həm də qadağan edilmiş torlarla tutulur. Video kadrlardan görəcəksiniz ki, balıqların ölçüsü həm də də kiçikdir.

Bazarda balıq satışının video görntülərini sizə təqdim edirik:

Səxavət Məmməd