Azərbaycanda nikah və boşanmalarla bağlı SON VƏZİYYƏT

2021-ci il ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma halları qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60,0 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.