Azərbaycanda nikahdankənar doğulan uşaqların – Dəhşətli statistikası

Azərbaycanda nikahdankənar uşaq doğumlarının statistikasının son 10 illik göstəricilərinə əsasən bu rəqəmlər ildən-ilə artır.

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin infoqrafiyasında 2008-2017- ci illərdə şəhər və bölgələrdə rəsmi nikah olmadan doğulan uşaqların payının faizlə dəyişməsi əks olunub.

Belə ki, 2017-ci ildə şəhər yerlərində hər 8 uşaqdan biri, kəndlərdə isə hər 5 uşaqdan biri rəsmi nikahsız doğulub.

Son illər şəhərdə rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% faiz azaldığı halda, kənd yerlərində bu ifrat dərəcədə artaraq 59,5%-ə çatıb.

Bölgələrdə və kəndlərdə bu artıma səbəb qızların nikah yaşına çatmadan 16-17 yaşında ərə verilməsi əsas səbəblərdən biridir. Ailələr VVAQ qeydiyyatı olmadan qurulur, doğulan körpələrin sənədləşdirilməsi belə gecikir, 15-16 yaşlı qızların ərə verilməsi faktları dövlət qurumlarından gizlədilir.