Azərbaycanda növbəti həkim biabırçılığı – Uşağın ətini kəsib atdı, pul üstündə… – FOTO – +18

Azərbaycanda daha bir həkim səhlənkarlığı bu məsələnin ciddiliyini yenidən gündəmə gətirib. 

Yenicag.az xəbər verir ki, Səbinə Nəsirova adlı sosial şəbəkə istifadəçisi yardım üçün müraciət etdikləri həkimin kömək etmək əvəzinə,  savadsızlığı ilə oğlunun əlində daha dərin yara açdığını iddia edib.

Onun sözlərinə görə, avqustun 2-də oğlu həyətdə oynayarkən barmağını kəsib. Yara dərin olduğu üçün uşağı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparıblar. Həmin gün xəstəxanada növbətçi həkim İlham Qəmbərov olub.

İddiaya görə, həmin həkim uşağın barmağına səliqəsiz bir şəkildə, narkozdan istifadə etmədən tikiş atıb. Bundan əlavə uşağın barmağının ətini də kəsib atıb:

“Oğlumun barmağını köhnə corab kimi müxtəlif saplarla “yamayıb”, ətin bir parçasını kəsdi. Bir sıra bahalı dərmanlar yazdı. Daha sonra digər həkimlərdən öyrəndik ki, bu dərmanların heç biri lazımlı deyil. Onun “əl işini” diqqətinizə çatdırıram. Hər halda bu fotolara baxanda dediklərimə özünüz də əmin olacaqsınz. Oğlumun barmağını tikərkən hər bir damla göz yaşı və dəhşətli çığırtıya görə, mən bu adamı lənətləyirəm. Sanki heç narkozdan istifadə olunmamışdı”.

Qadının sözlərinə görə, bütün bunlar azmış kimi həkim verilən puldan da narazı qalıb:

“Xırda pulları niyə mənim stoluma qoydun?!”

Mövzu ilə bağlı adı çəkilən xəstəxana ilə əlaqə yaratsaq da, sualımıza cavab verən şəxs tapılmadı. Həkim İlham Qəmbərovun nə iş, nə də digər telefonlarını istəsək də, xəstəxana növbətçisi bu məsələdə də bizə yardımçı olmadı. Ancaq istənilən zaman xəstəxana və həkimin mövqeyini də işıqlandıra bilərik.

Yenicag.az

 

COP29