!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ödənişli təhsil alan tələbələrə də təqaüd veriləcək

!Reklam – Yazi

telebeleTəhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərlə bağlı dünən imzaladığı sərəncamı şərh edib.

Xatırladaq ki, həmin sərəncamla Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə veriləcək.

Tələbə təqaüdlərinin yeni qaydası ilə bağlı prezidentin sərəncamı nəyi dəyişəcək?

Sərəncamı şərh edən Cəsarət Valehov bildirib ki, ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq.

“Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun. Bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoydu. Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəriclərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvəllcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər.Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır.
İkinci mühüm məsələ məcburi köçkün,şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər.

Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənnləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər.
Yeri gəlmişkən bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk -peşə təhsili müəssisələrinin şagirdlərinə aild deyil”(Modern)

www.yenicag.az

835
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv