!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda olma müddəti bitənlərlə bağlı RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

“Sərhədlərimizdəki giriş-çıxış müddəti aradan qaldırılanadək müvəqqəti olma müddətini 60 gün uzadan insanların müraciətləri qəbul olunmuş hesab edilir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov deyib.

Elnur Kələntərovun sözlərinə görə Azərbaycanda olma müddəti başa çatdıqdan sonra müvəqqəti olma müddətini 60 gün uzadan şəxslərdən ölkədə qalmaq üçün heç bir əlavə vəsait tələb olunmur:

“Azərbaycanda olma müddəti, yəni 90 günlük müddət başa çatdıqdan sonra dövlət rüsumu ödəyərək müvəqqəti olma müddətini 60 gün uzadan şəxslər bu müddət başa çatdıqdan sonra narahat olmasınlar. Sərhədlərimizdəki giriş-çıxış müddəti aradan qaldırılanadək müvəqqəti olma müddətini 60 gün uzadan insanların müraciətləri qəbul olunmuş hesab edilir. Bunun üçün müraciət etməyə heç bir əsas yoxdur və heç bir dövlət rüsumunu ödəmək lazım deyil. Sərhədlər açılanadək siz Azərbaycanda qanuni olmuş hesab edilirsiniz”.

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv