Azərbaycanda ölüm və doğum hallarının STATİSTİKASI

Azərbaycanda cari ilin ilk doqquz ayında doğulanların və ölənlərin sayı açıqlanıb.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu aylar ərzində 82 min 928 nəfər doğulub, 56 min 173 nəfər isə vəfat edib.

Doğulanların sayında 12 min 471 nəfər azalma, vəfat edənlərin sayında isə 9 min 178 nəfər artım qeydə alınıb.

Qeyd edək ki, doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,5 faiz, qızların xüsusi çəkisi isə 46,5 faiz olub. Körpələrdən 2104-ü əkiz, 60-ı üçəm, 4-ü isə dördəm doğulub.