!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ölümə əsasən hansı xəstəlik səbəb olur? - Həkim açıqladı

!Reklam – Yazi

Azərbaycanda digər ölkələrdəki kimi, ölümlərin əsas səbəbi olaraq ürək-damar xəstəlikləri birinci sıradadır.

Yenicag.az xəbər verir ki, bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin “Instagram” hesabında “Ümumdünya Ürək Günü” mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, xəstəliklərdən ölümlərin 50 faizdən çoxunu ürək-damar xəstəlikləri təşkil edir: “Poqnozlara görə, 2050-ci ilə kimi bu, aparıcı ölüm səbəbi olmağa davam edəcək. 2050-ci ildən sonra isə onkoloji xəstəliklərin önə çıxacağı ehtimal edilir. Bu, həmin xəstəliklərin artacağı mənasına gəlmir. Sadəcə, bu sahədə inkişaf sayəsində ürək-damar xəstəliklərindən ölümlərin azaldılacağı üçün onkoloji xəstəliklərdən ölüm ön plana çıxacaq”.

Qeyd edək ki, rəsmi statistikaya görə, 2020-ci ildə Azərbaycanda ölənlərin sayı 75647 nəfər olub

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv