Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) Avtomatlaşdırılımış Risk Analizi Sistemi (ARAS) vasitəsi ilə sərhədkeçmə müddəti çərçivəsində nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasına sərf olunan vaxt ötən ilin eyni dövrü ilə müqayisədə 53 % müsbət dinamika müşahidə olunmaqla 55 dəqqiqədən 26 dəqiqəyə endirilib.
Yenicag.az xəbər verir ki, qeydiyyat prosesi 30 dəqiqəyə qədər tamamlanan nəqliyyat vasitələrinin payında da artım müşahidə olunub.
“Ümumi nəqliyyat vasitələrinin 49 %-nin qeydiyyatının 30 dəqiqə ərzində tamamlandığını nəzərə alsaq, bu ilin müvafiq dövründə artıq 66 % nəqliyyat vasitəsinin qeydiyyatı tamamlanıb ki, bu da 18% müsbət dinamikanın göstəricisidir”, – deyə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası bəyan edib.