Lənkəranda yanğın baş verən hotelin bu gün açılış mərasiminin keçirilməsi planlaşdırılırmış.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, Babək Heydərliyə məxsus iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.
Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.
Hadisənin səbəbi araşdırılır.
***
15:50
Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hoteldə yanğın başlayıb.
Yenicag.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Yanğın davam edir.