Reklam

Reklam

2600Oktyabrın 14-də Ağgöl Milli Parkının ərazisində ov etmək istəyən Suriya vətəndaşı İmad Alabarsan Hlayıl və Azərbaycan vətəndaşı Ramil Ağayev Milli Parkın mühafizə işçiləri tərəfindən saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qanun pozucularının 10-PE-901 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilinə keçirilən baxış zamanı oradan 1 ədəd binokl, quş saxlamaq üçün səbət və ov vasitələri müəyyən olunaraq götürülüb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub.

“Heyvanlar aləmi haqqında” qanunun tələblərini pozduqlarına görə qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2600 manat məbləğində cərimə edilib(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."