Azərbaycanda oynamış futbolçu 39 yaşında vəfat etdi

Azərbaycanda oynamış sabiq futbolçu Mario Bojiç dünyasını dəyişib.

Yenicag.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi 39 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Azərbaycanın fəaliyyətini dayandırmış “Simurq” klubunun keçmiş oyunçusuna bir neçə il əvvəl beyin şişi diaqnozu qoyulub. İki əməliyyata baxmayaraq, Bojiçin həyatını xilas etmək mümkün olmayıb.
Bosniya və Herseqovina millisinin sabiq üzvü 2012/13 “Simurq”un formasını geyinib.