Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycanda özbaşınalıq edən moldovalı qadın - Növbəti dopinq təhlükəsi - ÖZƏL

Reklam: Sinerji Pro

Ağır Atletika üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi Natalya Prişepa federasiyada özbaşınalıq edir.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, o millimizi hazırlamaq əvəzinə öz ölkəsi Moldovanı təmsil etmək üçün Xorvatiyadakı Avropa Çempionatına qatılacaq.

Təbii ki, vəziyyətdən Azərbaycan Ağır Atletika Federasiyasının da xəbəri var.

Etibarlı mənbədən aldığımız məlumata görə, Natalya Prişepa Azərbaycandan Xorvatiyaya milli komanda ilə bərabər yollanıb. Ancaq federasiyadan gələn zənglə yığmamız geri qaytarılıb. Yarışın keçirildiyi ölkədə bizdən sadəcə iki nəfər- Vahid Nəzərov və Natalya Prişepa qalıb. Aydındır ki, Vahid Nəzərovun dünən start götürən çempionatda qalmasının səbəbi hakimlik etməsidir.

Millimizin baş məşqçisi isə öz ölkəsinin şərəfini 53 kq. çəkidə üç gün sonra qoruyacaq.

Aldığımız digər məlumata görə, yığmanın geri çağırılmasına səbəb dopinq təhlükəsi olub. Federasiya qorxuya düşüb ki, ağır atletlərimizdən növbəti dəfə dopinq çıxa bilər.

Qeyd edək ki, dekabrda keçirilən Azərbaycan Açıq Kuboku beynəlxalq turnirində N. Prişepa öz ölkəsini təmsil etmişdi.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

497