Azərbaycanda pandemiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 364 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 600 151 nəfər müalicə olunaraq sağalıb, 8 365 nəfər vəfat edib, aktiv xəstə sayı 8 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 444, ötən müddət ərzində isə ümumilikdə 5 870 329 test aparılıb.