Azərbaycanda pandemiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 862 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.

Ölkədə son sutka ərzində 2 493, hazırkı dövrədək isə 6 834 816 test aparılıb.