Azərbaycanda pandemiya ilə bağlı son vəziyyət

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 168 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 284 nəfərdir. Ölkədə son sutka ərzində 1 802, hazırkı dövrədək isə 7 367 419 test aparılıb.