!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

!Reklam – Yazi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, 9881 nəfər vəfat edib, aktiv xəstə sayı 1810 nəfərdir.

Ölkədə son sutka ərzində 2929, hazırkı dövrədək isə 7 209 734 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 945 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 478, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 80 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 879 425, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 378 898, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 714, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 373 912, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 901 nəfər təşkil edir.

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv