Azərbaycanda partiya sədrinin müşaviri həbs olundu

Azərbaycan Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun (ADR) müşaviri Hüseyn Məlik həbs edilib.

Yenicag.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə H.Məlik 20 sutka inzibati qaydada həbs edilib.