Azərbaycanda peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 918 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 134, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 669, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 27 115 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 841 784, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 986 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 416 480, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 438 863 təşkil edir.