Azərbaycanda peyvənd olunanların sayı 480 mini keçdi

Martın 19-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 23 923 nəfər vaksinasiya olunub.

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 481 022 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarında uğurla davam etdirilir.