Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Martın 18-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına qarşı 18 996 nəfər vaksinasiya olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 474 607 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.