!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda polis bıçaqlandı - TƏFƏRRÜAT

!Reklam – Yazi

Bir neçə gün öncə Daşkəsəndə polis əməkdaşı 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlu bıçaqlanıb. 

Yenicag.az xəbər verir ki, hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır.

onu bıçaqlayan 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.

O, ictimai asayişi pozan zaman polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Nəticədə F.Hüseynəliyev 1996-cı il təvəllüdlü polis əməkdaşını bıçaqlayıb.

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv