Azərbaycanda polis faciəli şəkildə öldü

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı göldə boğulub.

Yenicag.az-ın məlumatına görə, hadisə Qəbələ rayonunda qeydə alınıb. Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinin əməkdaşı, 1996-cı il təvəllüdlü Cümşüd Qismət oğlu Mehdiyev Nohur gölündə çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır./Unikal.org/