Azərbaycanda polis faciəvi şəkildə öldü

Şabranda “Mersedes” markalı avtomobil polisi vuraraq öldürüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saat 01:30 radələrində Şabran rayonunun Sincan- Boyat kəndi ərazisində, Bakı-Quba yolunun 124-cü kilometrliyində qeydə alınıb.

Şabran rayon sakini Əbülfəz Kərimovun idarə etdiyi avtomobillə yolu keçən piyada, rayonun Uzunboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu vurub.

Təbriz Heybətov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin “Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi”ndə cinayət işi açılıb.

Qəzanın başvermə səbəbi araşdırılır.