Azərbaycanda polkovnik vəfat edib

Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, “Əməkdar İnşaatçı”, istefada olan polkovnik Əliyev Adil Ömər oğlu uzun sürən xəstəlikdən sonra 2017-ci il fevralın 28-də 74 yaşında vəfat edib.

Polkovnik A. Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.

Sovet Ordusunda xidmət keçib.

Polkovnik A.Əliyev 1992-ci ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək Azərbaycan Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!

Yeniçağ.az