“Azərbaycanda PR sahəsində akademik təhsil yoxdur” – Orxan Həsənoğlu

“Azərbaycanda PR-la bağlı kifayət qədər ixtisaslı kadrlar var. Lakin yeganə problem odur ki, PR sahəsi ilə bağlı akademik təhsil yoxdur.Yaxın vaxtlarda bu sahəni inkişaf etdirmək üçün akademik tədrisə başlanılacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Beynəlxalq Karyera institutunun və “Proloq” İctimai əlaqələrin inkişafı mərkəzinin direktoru Orxan Həsənoğlu deyib.

Xatırladaq ki, bu gün Bakıda I Beynəlxalq PR Yaradıcılığı Forumu öz işinə başlayıb. Forumda Azərbaycan və xarici ölkələrin rəsmiləri, media kapitanları iştirak edir.

Cəvahir Səlimqızı

Foto: Cəmalə

COP29