!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar qeydə alındı

!Reklam – Yazi

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən 4 təşkilat qeydə alınıb.

Yenicag.az  məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

“Exit-poll” keçirəcək təşkilatlar “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə) və Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir (Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə).

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.

www.yenicag.az

2348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv