Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun oğlu qəzaya düşüb.
Bu barədə E.Aslanov öz Facebook hesabında yazıb. Prorektor oğlunu maşın vurduğunu və 7 gündür ki komada olduğunu qeyd edib: “Oğlum Ərcanı maşın vurub və 7-ci gündür ki, komadadır. Dünən axşam yanında oldum. Gördüklərim onun bizə dönəcəyinə inamımı daha da artırdı. Həkimlər səbrli olmağı, gözləməyi tövsiyə edir. Bu vəziyyət 3 həftəyədək daam edə bilər. Dualarınızı əsirgəməyin”(Aznews)